İsrail rəsmisindən AÇIQLAMA: Ukraynaya yüksək dəqiqlikli raketlər veriləcək

21/11/2022 - 13:50

İsrailin Milli Təhlükəsizlik Baş Qərargahının rəhbəri Eyal Hulata Rusiyaya İrandan ballistik raketlər almaqla bağlı xəbərdarlıq edib. Qafqaz.media bu barədə İsrail KİV-lərinə istinadla bildirir.

İsrailin "Kan" ictimai telekanalının müxbiri Gili Koenin sözlərinə görə, bu baş verərsə, Tel-Əviv Ukraynaya dəqiq idarə olunan raketlərin çatdırılmasına başlayacaq. Kanal diplomatik dairələrdəki məlumatlı mənbəyə istinadən onu da bildirir ki, İsrail XİN İranın pilotsuz təyyarələrinin tədarükü ilə bağlı Rusiyaya etirazını bildirib.
Xatırladaq ki, 5 gün öncə bu barədə CNN-də məlumat getmişdi. “İran Ukraynaya qarşı müharibədə istifadə etmək üçün Rusiyaya təxminən 1000 əlavə silah, həmçinin qısa mənzilli ballistik raketlər və daha çox hücum PUA-ları göndərməyə hazırlaşır. Proses yaxından izlənilir, çünki bu, İranın Rusiyaya qabaqcıl dəqiqliklə idarə olunan raketlər göndərməsinin ilk nümunəsi olacaq. Bu yardım Kremlə döyüş meydanında əhəmiyyətli dərəcədə kömək edə bilər”, deyə CNN-in xəbərində qeyd olunurdu.
Xəbərlərə görə, sonuncu dəfə İrandan Rusiyaya 450-yə yaxın pilotsuz uçuş aparatı tədarük olunub ki, Rusiya qüvvələri bu PUA-lardan istifadə edərək Ukraynanın vacib mülki infrastrukturuna zərbələr endirib. Ukrayna rəsmiləri ötən həftə 300-dən çox İran PUA-sı vurduqlarını bildiriblər.
Yeni silah tədarükünün Rusiyaya nə vaxt çatacağı ilə bağlı dəqiq vaxt açıqlanmasa da, rəsmilər silahların ilin sonuna qədər çatdırılacağını gözlədiklərini bildiriblər.

Qafqaz.media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Əsgərimiz həlak oldu
15/09/2024 - 10:51
İlqar Məmmədov istefa verdi
12/09/2024 - 06:33