İSRAİLDƏN SURİYAYA CAVAB ZƏRBƏSİ - Hərbi obyektlərini vurdu, çox sayda ölü və yaralı var

25/10/2023 - 11:56

İsrailin Suriyanın Dəra əyalətində ordunun bəzi mövqelərinə endirdiyi zərbə nəticəsində 8 əsgər ölüb, 7 əsgər yaralanıb.

Bu barədə Suriya Ərəb Xəbər Agentliyi (SANA) məlumat verir.

Hərbi mənbə SANA-ya bildirib ki, bu gün təxminən saat 01:45 radələrində İsrail Qolan təpələrindən Dəra əyalətindəki hərbi mövqelərə hava zərbələri endirib. Zərbə nəticəsində 8 əsgər həlak olub, 7-si yaralanıb.

Bir gün əvvəl İsrail ordusu Suriyadan raket atəşinə tutulduğunu bildirmişdi. Buna cavab olaraq İDF bir neçə hərbi obyektə hücum edib.