İsrailin XİN başçısı İrana qarşı sanksiyaları sərtləşdirməyə çağırıb

21/07/2024 - 05:46

İsrailin xarici işlər naziri İsrael Katz ölkəsinin Hərbi Hava Qüvvələrinin Yəməndəki husi hədəflərinə zərbə endirməsindən sonra beynəlxalq ictimaiyyəti İrana qarşı sanksiyaları gücləndirməyə çağırıb. APA xəbər verir ki, Katzın bəyanatının İsrail Xarici İşlər Nazirliyi yayıb. “Beynəlxalq ictimaiyyətin İrana qarşı sanksiyaları maksimum dərəcədə artırmasının vaxtı çatıb”, - nazir qeyd edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ