İsrailli bloger Alaksandr Lapşinin Ermənistana girişinə icazə verilib - YENİLƏNİB-1
Ermənistan polisi sentyabrın 21-də israilli bloger Alaksandr Lapşini Belarus Respublikasının hüquq-mühafizə orqanları tərəfindən axtarışa verilməsi ilə əlaqədar saxlayıb. APA-nın xəbərinə görə, bu barədə Ermənistan Baş Prokurorluğunun yaydığı məlumatda bildirilib. Qeyd edilib ki, prokuror sənədləri öyrəndikdən sonra Aleksandr Lapşinin həbs edilməməsi ilə bağlı şifahi göstəriş verib və o, hazırda azadlıqdadır.
***
saat 20.55
Bu gün İrəvanın "Zvartnots" Aeroportunda sərhədçilər tərəfindən saxlanılan israilli bloger Aleksandr Lapşinin Ermənistana girişinə icazə verilib. APA-nın Ermənistan mətbuatına istinadən verdiyi xəbərə görə, Aleksandr Lapşinin saxlanılması və sənədlərinin yoxlanılması formal xarakter daşıyıb.
***
saat 18.51
İsrailli bloger Aleksandr Lapşin Ermənistana buraxılmayıb. APA Ermənistan mətbuatına istinadən xəbər verir ki, Lapşin və həyat yoldaşı İrəvanın "Zvartnots" Aeroportunda sərhədçilər tərəfindən saxlanılıblar. Ona Ermənistana girişin qadağan olduğu bildirilib. Lapşin sosial mediada açıqlamasında bildirib ki, sərhədçilər onun pasportunu alıblar və Aeroportdakı polis bölməsinə getməsini deyiblər. Lakin o, polis bölməsinə getməkdən imtina edib. Pasportunu isə hələlik qaytarmayıblar. Saxlanma səbəbi barədə hələlik rəsmi açıqlama yoxdur.