İSTANBULDA "BÖYÜK FƏLƏSTİN MİTİNQİ" KEÇİRİLDİ - Ərdoğan sərt mesajlar verdi / VİDEO, YENİLƏNİB

28/10/2023 - 18:23

İstanbul Atatürk Hava Limanında "Böyük Fələstin mitinqi"  keçirilib. Milyon yarım vətəndaşın qatıldığl mitinqdə Prezident Rəcəb Tayyib Ərdoğan bütün dünyaya çağırış edib. Qərbi və İsraili sərt tənqid edən Ərdoğan Təl-Əvivin Qəzzada  müharibə cinayətləri törətdiyini bildirib.  

Mitinqdən hazırlanmış reportajıl təqdim edirik: 

***

Bu gün İstanbul Atatürk Hava Limanında "Böyük Fələstin mitinqi" keçiriləcək. 

Prezident Ərdoğan hər kəsi meydana çağırıb: "Millətimizin hər bir üzvünü İstanbul Atatürk Hava Limanında keçirəcəyimiz, fələstinli qardaşlarımızla həmrəyliyimizi bütün dünyaya bir daha nümayiş etdirəcəyimiz "Böyük Fələstin mitinqi"nə dəvət edirəm"

'Böyük Fələstin mitinqi' ilə bağlı AK Partiya İstanbul İl Başçılığından da açıqlama verilib.

Açıqlamada  "Böyük Fələstin mitinqi"ndə milyonlarla vətəndaşla yanaşı, xüsusi qonaqların da iştirak edəcəyi bildirilib. Atatürk Hava Limanında keçiriləcək mitinqə bir çox fərqli ölkədən dövlət adamları, hökumət nümayəndələri və siyasi partiya liderləri qatılacaq.

Qeyd edək ki, Prezident Rəcəb Tayyib Ərdoğanın da qatılacağı mitinqdə dünyaca məşhur sənətçilər Yusuf İslam, Maher Zain və Ömər Karaoğlu səhnəyə çıxacaq.