Kəşfiyyat İran tərəfindən sui-qəsd təhlükəsi ilə bağlı Trampa məlumat verib
16/09/2024 - 06:40
ABŞ kəşfiyyatı prezidentliyə namizəd Donald Trampın seçki qərargahına İran tərəfindən ona qarşı sui-qəsd təhlükəsi olması barədə məlumat verib. APA xəbər verir ki, bu barədə CNN mənbələrə istinadən məlumat yayıb. Telekanalın məlumatına görə, ABŞ xüsusi xidmət orqanları İranın Trampa və onun ətrafındakılara qarşı hücumları gücləndirmək planı ilə bağlı qərargaha məlumat verib. Kanal ABŞ kəşfiyyatının verdiyi məlumatla bağlı təfərrüatları açıqlamayıb.