Lerikdə ağaca çırpılan maşında xəsarət alan şəxs ölüb - YENİLƏNİB

13/07/2024 - 13:20

Ötən gecə Lerikdə baş verən qəzada xəsarət alan şəxs xəstəxanada ölüb. APA - nın cənub bürosunun verdiyi məlumata görə, ötən gecə Lerik rayonunun Rəzəvül kəndində baş verən qəzada xəsarət alan, Rəzəvül kənd sakini 1950 - ci il təvəllüdlü Kamal Balamirzə oğlu Kazımov Lənkəran rayon mərkəzi xəstəxanasının reanimasiya şöbəsində ölüb. Digər xəsarət alan şəxs Rəzəvül kənd sakini 1951 - ci il təvəllüdlü Balabəy Əzim oğlu Həmidov Bakı şəhərinə, xəstəxanaların birinə göndərilib. Qeyd edək ki, ötən gecə Lerik rayonunun Rəzəvül kəndində "meşə yolu" deyilən ərazidə "Niva" markalı minik avtomobili idarəetməni itirərək ağaca çırpılıb.

Faktla bağlı araşdırma aparılır.

***

Lerikdə idarəetməni itirən avtomobil ağaca çırpılıb. APA-nın cənub bürosunun verdiyi məlumata görə, axşam saatlarında Lerik rayonunun Rəzəvül kəndində, "meşə yolu" deyilən ərazidə qəza hadisəsi baş verib. Nəticədə avtomobildə olan iki nəfər Lerik rayonunun Rəzəvül kənd sakinləri 1950-ci il təvəllüdlü Kamal Balamirzə oğlu Kazımov və 1951-ci il təvəllüdlü Balabəy Əzim oğlu Həmidov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar. Hər iki şəxsə ilkin tibbi yardım göstərilib. Vəziyyəti ağır olan K.Kazımov reanimasiya şöbəsinə yerləşdirilib. Digər xəstənin müalicəsi müvafiq şöbədə davam etdirilir. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev APA-nın sorğusuna cavab olaraq bildirib ki, hadisə iyulun 12-də saat 21 radələrində rayonun Rəzəvül kəndi ərazisində baş verib. "Niva" markalı avtomobilin sürücüsü K.Kazımovun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi ağaca çırpılıb.

Araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ