Əli İnsanovun partiyası seçkiyə gedir - Özü isə...

11/07/2024 - 09:52

Sabiq səhiyyə naziri Əli İnsanovun rəhbərlik etdiyi Haqq-Ədalət Partiyası növbədənkənar parlament seçkilərində iştirakla bağlı qərar verib.

"AzPolitika" xəbər verir ki, bu barədə HƏP mətbuat xidməti məlumat yayıb. Qərar İdarə Heyətinin bu gün keçirilmiş iclasında qəbul olunub. 

HƏP-in maliyyə məsələləri üzrə Əmir Çıraqəliyev və Rəşad Abbaslı, seçki məsələləri üzrə isə Fərrux Binnətzadə, Yusif Vəliyev və Samir Nəsirov səlahiyyətli nümayəndələr kimi MSK-ya təqdim olunub. Gündəlikdəki üçüncü məsələ ilə bağlı HƏP İdarə Heyətinin bütün üzvləri ayrı-ayrılıqda çıxış edib, yekunda 2024-cü il sentyabrın 1-də növbədənkənar parlament seçkilərində namizədliyi irəli sürüləcək HƏP üzvlərinin siyahısı təsdiq olunub.

1. Əliyar Şirməmmədov – İdarə Heyətinin üzvü, HƏP Mərkəzi İcra Aparatının rəhbəri – Bakı şəhəri, Nizami birinci 24 saylı DSK

2. Bəhram Mehdiyev – İdarə Heyətinin üzvü – 25 saylı Bakı şəhəri, Nizami ikinci DSK

3. Aslan Dəmirov – HƏP Mərkəzi İcra Aparatı rəhbərinin birinci müavini – 87 saylı Qobustan-Şamaxı-İsmayıllı DSK

 

4. Elçin İsmayılov – HƏP Mərkəzi İcra Aparatı rəhbərinin regionların işi üzrə müavini, HƏP Gəncə Regional Mərkəzinin rəhbəri – 40 saylı Gəncə şəhər üçüncü DSK

5. Bildirçin Davudova – HƏP Qadınlar Şurasının sədri – 50 saylı Abşeron üçüncü DSK 

6. Əsgər Məmmədbəyli – HƏP Naxçıvan Şəhər Təşkilatının sədri – 4 saylı Naxçıvan şəhər DSK

7. Anar Hüseynov – HƏP Sumqayıt Regional Mərkəzinin rəhbəri – 43 saylı Sumqayıt Şəhər üçüncü DSK

8. Azər Salmanov – HƏP Zaqatala Regional Mərkəzinin rəhbəri – 111 saylı Zaqatala Şəhər DSK

9. Dilqəm Əliyev – HƏP Şəmkir Rayon Təşkilatının sədri – 102 saylı Şəmkir Şəhər DSK .

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Əsgərimiz həlak oldu
15/09/2024 - 10:51
İlqar Məmmədov istefa verdi
12/09/2024 - 06:33