Lənkəran “Türk dünyasının gənclər paytaxtı” elan edilib
06/11/2024 - 20:48
Lənkəran şəhəri “2024-cü ildə Türk dünyasının gənclər paytaxtı” elan edilib. “Report” Bişkek Bəyannaməsinə istinadən xəbər verir ki, bu barədə qərar bu gün Qırğızıstanın paytaxtında keçirilən Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçıları Şurasının 11-ci iclasının yekunları üzrə qəbul edilib. Bişkek sammitinin yekunlarına əsasən, təşkilata sədrlik Qazaxıstandan Qırğızıstana keçib. Qeyd edək ki, təşkilata üzv ölkələrin liderləri sammitin 2025-ci ildə Azərbaycanda keçirilməsini təsdiqləyiblər.