Lənkəranda avtomobil ağaca çırpılıb, xəsarət alan var - FOTO

26/07/2024 - 10:59

Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib.Qafqaz.Media- nın  verdiyi məlumata görə, hadisə bu gün səhər Lənkəran rayonunun Viravul kəndi ərazisində qeydə alınıb. Lənkəran rayon sakini 1996-cı il təvəllüdlü Gülyanaq Əkrəm qızı Hüseynlinin idarə etdiyi "KİA" markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb. Avtomobildə sıxılmış vəziyyətdə qalan sürücünü hadisə yerinə gələn FHN - nin Cənub Regional Mərkəzinin xilasediciləri çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. G.Hüseynli təcili olaraq Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub. Məlumata görə, hadisə yağışlı havada avtomobilin qarşısına çıxan iti vurmamaq üçün manevr edən zaman baş verib.

Faktla bağlı araşdırma aparılır.

Qafqaz.Media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ