Macarıstan Aİ-ni Rusiya ilə təmasların bərpasını nəzərdən keçirməyə çağırıb
19/07/2024 - 05:11
Macarıstanın baş naziri Viktor Orban Avropa İttifaqını Ukrayna ilə siyasi dialoqu davam etdirmək şərtilə Rusiya ilə birbaşa diplomatik əlaqələrin bərpası imkanlarını nəzərdən keçirməyə çağırıb. APA xəbər verir ki, bu barədə hökümət başçısının rəsmi saytında məlumat yer alıb. Siyasətçi həmçinin Ukraynaya dair növbəti sülh konfransının təşkili ilə bağlı Çinlə yüksək səviyyəli təmasların başlanmasını təklif edib. Viktor Orbanın sözlərinə görə, Avropa indiyədək Ukrayna münaqişəsi ilə bağlı Amerikanın müharibəyönlü strategiyasını təkrarlayıb və köhnə qitənin özünün suveren yanaşması olmayıb.