Meşədə azdı, 3 gün ayaqyalın gəzdi: İçki zavodu tapdı
Krasnoyarsk diyarının İlanski rayonunun sakini tayqada azıb və üç gün meşədə dolaşıb.
Publik.az xəbər verir ki, o, tapdığı sığınacaq sayəsində sağ qala bilib.
Bu barədə Rusiya mətbuatı məlumat yayıb. İyulun 19-da Kuçerdaevka kəndi yaxınlığında meşə təsərrüfatı işçisi yoxa çıxıb. Adamın axtarışına iki gün sonra başlanılıb. Onu axtaran yerli sakinlər çılpaq insan ayaqlarının və onların yanında isə bala ilə yetkin ayının izlərini görüblər.
Meşəçi iyulun 22-də axşam tapılıb - o, Kuçerdaevkadan on kilometr aralıda tərk edilmiş içki zavodunda gizlənib. Kişi meşədə olduğu müddətdə xəsarət almayıb. O, meşəyə niyə ayaqyalın getdiyini də izah edə bilməyib.