“Milan”dan Ronaldu ilə bağlı paylaşım – FOTO

15/01/2023 - 18:08

“Milan” İtaliya Superkubokunun final oyunu üçün Səudiyyə Ərəbistanına gəlib.

Klubun hücumçusu Rafael Leaonu tanınmış həmyerlisi Kriştianu Ronaldu qarşılayıb.

Bu barədə klubdan məlumat verilib.

Qeyd edək ki, Ronaldu bu yaxınlarda Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu ilə müqavilə imzalayıb.

Xatırladaq ki, İtaliya Superkubokunun final oyunu çərşənbə günü keçiriləcək. “Milan” mükafat uğrunda “İnter”lə yarışacaq.