Modi son günü gözləmədi, Kazanı tərk etdi - Səbəb

24/10/2024 - 11:46

Hindistan Baş naziri Narendra Modi Kazanda keçirilən BRİKS sammitini tərk edərək Yeni Dehliyə qayıdıb. Axar.az xəbər verir ki, bu barədə ANİ agentliyi məlumat yayıb. Almaniyanın DPA agentliyi isə Modinin oktyabrın 24-də Yeni Dehlidə Almaniya kansleri Olaf Şoltsla görüşəcəyini bildirib. Məlumata görə, tərəflər hərbi-texniki əməkdaşlıq məsələlərini müzakirə edəcək. Şoltsun Hindistanda bir həftə qalacağı bildirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ