Muğan zonasında 27 Sentyabr - Anım Günü qeyd edilib

27/09/2024 - 12:55

Muğan zonasına daxil olan rayonlarda 27 Sentyabr - Anım Günü münasibətilə silsilə tədbirlər keçirilir. “Report”un Muğan bürosunun məlumatına görə, Cəlilabad, Biləsuvar və İmişli rayonlarında yerli rəhbərlik, idarə və müəssisə əməkdaşları, şəhid ailələrinin üzvləri və ictimaiyyət nümayəndələri Şəhidlər xiyabanını ziyarət ediblər. Baş tutan ziyarətlər zamanı şəhid məzarlarının önünə gül dəstələri qoyulur, dualar oxunur, Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan qəhrəmanların ruhu minnətdarlıqla anılır. Qeyd olunan rayonlarda saat 12:00-da Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Kamala Mahmudova vəfat etdi
27/09/2024 - 10:06