"MÜHRİBƏ YAXIN 6 AYDA BİTMƏYƏCƏK" - Oleksiy Arestoviç

18/12/2022 - 09:31

Ukraynadakı müharibənin yaxın altı ayda bitməsi ehtimalı azdır, ona görə də belə bir vaxt çərçivəsini nəzərə alsaq, döyüşləri artıq uzanan münaqişə adlandırmaq olar.

Bu barədə Ukrayna Prezident Ofisinin müşaviri Oleksiy Arestoviç “Feygin Live” verilişinin yayımında bildirib.

Prezident Ofisinin rəsmisi uzanan münaqişənin məhz Ukrayna üçün təhlükəli sayılmasını izah edib:

“Heç kim uzunan münaqişəni sevmir və bu hamı üçün təhlükəlidir. Hələ Sun Dzı da deyib ki, müharibə sürəti sevir və süründürməçiliyi sevmir. Uzunan münaqişə nədir? Bu, bir il yarım-iki il və ya bir ildən çoxdur. Başa düşürük ki, 2 aydan sonra müharibə qətiyyən (qeyri-normativ leksika – red.) bitəsi deyil. Hətta bu iki aydan sonra onun daha 6 ay bitməyəcəyinə güclü şübhələrim var. İl yarım - bu, prinsipcə uzanan münaqişə kimi təsnifatlandırıla bilər”./report

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Əsgərimiz həlak oldu
15/09/2024 - 10:51
İlqar Məmmədov istefa verdi
12/09/2024 - 06:33