“Muzeydə musiqi” layihəsi çərçivəsində Mahnı Teatrında konsert təşkil edilib

07/03/2024 - 14:04

Mədəniyyət Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin təşkilatçılığı ilə keçirilən “Muzeydə musiqi” layihəsi çərçivəsində martın 6-da Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının konsert proqramı təqdim edilib.

Nazirliyin mətbuat katibi  Qafqaz.Media xəbər agentliyinə  verir ki, konsertdə Mahnı Teatrının instrumental ansamblının müşayiəti ilə respublikanın tanınmış incəsənət ustaları – Xalq artistləri Gülyaz Məmmədova, Heydər Anatollu, ifaçılar Fəxri Kazım-Nicat, Aynur İsgəndərli, Rövşən Qəhrəmanov, Ayşən Mehdiyeva, Ramazan Şərifzadə tərəfindən ifa olunan mahnılar səsləndiriblər.

Böyük maraqla qarşılanan konsert proqramından sonra qonaqlar tematik ekskursiya çərçivəsində "Salam, Novruz!" sərgisi ilə tanış olublar.

“Muzeydə musiqi” layihəsi çərçivəsində Mahnı Teatrında konsert təşkil edilib“Muzeydə musiqi” layihəsi çərçivəsində Mahnı Teatrında konsert təşkil edilib“Muzeydə musiqi” layihəsi çərçivəsində Mahnı Teatrında konsert təşkil edilib

Qafqaz.Media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Adsız oğlan
09/09/2024 - 07:33
Nanənin yerinə o gələcək
26/08/2024 - 10:49