Naxçıvan polisinə yeni avtomobillər verilib

23/09/2024 - 19:13

Daxili İşlər Nazirliyi tərəfindən Naxçıvan Muxtar Respublikası daxili işlər orqanlarının maddi-texniki bazasının gücləndirilməsi məqsədilə "Kia Sportage" markalı avtomobillər şəxsi heyətin xidməti istifadəsinə verilib. Bu barədə "Report"a Naxçıvan MR DİN-in mətbuat xidmətindən bildirilib. Həmin avtomobillər artıq müvafiq qurumların istifadəsinə verilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ