Naxçıvanda ilk dəfə məktəbəqədər təhsil müəssisələrində diaqnostik qiymətləndirilmə keçirilir

20/10/2024 - 15:03

Naxçıvanda ilk dəfə olaraq ölkə üzrə mərkəzləşmiş qaydada məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan tərbiyəçi-müəllim və metodistlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması üçün diaqnostik qiymətləndirilməsi keçirilir. "Report"un yerli bürosu xəbər verir ki, Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbdə yaradılan İmtahan Mərkəzində keçirilən diaqnostik qiymətləndirmənin ilk seansında muxtar respublikanın məktəbəqədər təhsil müəssisələrindən 160 tərbiyəçi-müəllimin iştirak edir. Ümumilikdə iki seansada keçiriləcək prosesdə 300-ə yaxın tərbiyyəçi-müəllimin iştirakı nəzərdə tutulur. Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrində fəaliyyət göstərən pedaqoji heyətlə diaqnostik qiymətləndirilməyə dair maarifləndirici görüşlər keçirilib, onlayn formada 2 sınaq qiymətləndirilmə və seminarlar təşkil olunub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

GÜNÜN MÜBARƏK,SUMQAYITIM!
23/11/2024 - 15:56
Onu da həbs gözləyir
19/11/2024 - 23:52
Azərbaycanlı alim vəfat edib
19/11/2024 - 23:44