Naxçıvanda “Şəhidlər bağı” salınacaq

11/10/2024 - 07:39

Naxçıvan şəhər İcra Hakimiyyəti və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Zəfər Günü ərəfəsində “Şəhidlər bağı”nın salınması nəzərdə tutulub. "Report"un yerli bürosu xəbər verir ki, bu barədə Naxçıvan şəhər İcra Hakimiyyəti başçısının müavini Gülxanım Orucova jurnalistlərə müsahibəsində bildirib. Qeyd edilir ki, bağ şəhidlərin adını əbədiləşdirmək üçün salınacaq və hər birinin üzərində QR kodlar yerləşdiriləcək. Bu QR kodlar vasitəsilə də Naxçıvandan olan şəhidlər haqqında məlumat əldə etmək mümkün olacaq. "Şəhidlər bağı"nın salınması ilə bağlı şəhid ailələri ilə razılıq əldə edilib və hər rayon üzrə ağacların əkiləcəyi sahələr müəyyənləşdilib.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

GÜNÜN MÜBARƏK,SUMQAYITIM!
23/11/2024 - 15:56
Onu da həbs gözləyir
19/11/2024 - 23:52
Azərbaycanlı alim vəfat edib
19/11/2024 - 23:44