Nazir: "Abşeron" yatağında hasilatın artırılması planları Avropanın enerji təhlükəsizliyinə mühüm töhfədir
Xəzərin Azərbaycan sektorunda yerləşən “Abşeron” qaz-kondensat yatağından İlkin Hasilat Sxemi (İHS) mərhələsi üzrə bir il ərzində 1.5 mlrd. kubmetrdən çox qaz hasil edilib. "APA-Economics" xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında qeyd edib. Məlumata görə, hesabat dövründə yataqdan təxminən 580 min ton kondensat hasil edilib.““Abşeron”un mərhələli inkişafı, illik hasilatın 1,5 mlrd. kubmetrdən 6 mlrd. kubmetrədək çatdırılması ilə bağlı planlar ölkəmizin, eləcə də regional və avropalı tərəfdaşlarımızın enerji təhlükəsizliyinə mühüm töhfədir”, - paylaşımda qeyd olunub.