Nikkei: Yaponiyada hakim partiya parlamentdəki çoxluğunu itirə bilər

17/10/2024 - 07:39

Yaponiyanın yeni baş naziri Şiqeru İşibanın rəhbərlik etdiyi hakim Liberal Demokrat Partiyası (LDP) oktyabrın 27-də keçiriləcək seçkilərdən sonra parlamentin əsas aşağı palatasındakı çoxluğunu itirə bilər. APA xəbər verir ki, bunu ölkənin aparıcı biznes qəzeti “Nikkei”nin keçirdiyi sorğunun məlumatları sübut edir. Məlumata görə, LDP-nin 465 yerlik aşağı palatada çoxluq üçün lazım olan 233 yeri qazana bilməmək şansı var. Sonuncu dəfə bu, 2009-cu ildə baş vermişdi - sonra LDP seçkilərdə uğursuzluğa düçar olmuşdu və ölkədə hakimiyyət bir neçə il ərzində hazırda fəaliyyət göstərməyən Yaponiya Demokratik Partiyasına keçmişdi. Respondentlərin cavablarının təhlili Nikkei-yə LDP-nin çox güman ki, seçki dairələrinin yalnız 30%-ni qazanacağını proqnozlaşdırmağa imkan verir ki, bu da son nəticədə onun parlamentdə çoxluğu yaratmaq üçün lazımi sayda yer qazanmasına mane ola bilər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ