Növbədənkənar parlament seçkiləri ilə əlaqədar MSK-nın protokolu tərtib edilir

16/09/2024 - 12:50

Növbədənkənar parlament seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının protokolu tərtib ediləcək. APA xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədrinin müavini Rövzət Qasımov deyib. O bildirib ki, dairə seçki komissiyaları işinə yekun vurulmuş sayılmalıdır: “Buna görə də protokol tərtib edilməlidir”. MSK sədri Məzahir Pənahov isə qeyd edib ki, protokolun tərtibi üçün fasilə verilməlidir: “Protokolun hazırlanması üçün rəqəmlərə dəqiq baxılmalıdır. MSK katibi Arifə Muxtarova, Komissiya üzvlərindən İlkin Şahbazov və Ramiz İbrahimov protokolun hazırlanması üçün gedəcək”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ