Pakistan hər zaman Azərbaycanın yanında olub

14/07/2024 - 16:35

Azərbaycan və Pakistan xalqlarının qardaşlığı qarşılıqlı sevgiyə, etimada, tarixi ənənələrə, sədaqətə söykənir və bu münasibətlər dünyada nadir nümunələrdən biridir. Bunu Modern.az saytına açıqlamasında VI çağırış Milli Məclisin deputatı Azər Kərimli deyib. Azər Kərimli qeyd edib ki, Azərbaycan və Pakistan bütün beynəlxalq təsisatlarda uzun illərdir ki, bir-birini dəstəkləyir, vahid mövqe nümayiş etdirir:“ Cəmmu və Kəşmir məsələsində Azərbaycanın Pakistana verdiyi birmənalı dəstək qardaşlıq, dostluq nümunəsi olmaqla yanaşı, həm də ölkəmizin beynəlxalq hüququn norma və prinsiplərinə sonsuz sədaqətini göstərir. Azərbaycan istənilən reallıqlar və şərtlər daxilində ədalət prinsiplərinin qorunmasına çalışır, bunu özünün dövlət siyasətinin təməl prinsipli hesab edir. Eyni yanaşmanı Azərbaycanın ərazi bütövlüyü və suverenliyi ilə bağlı dost və qardaş Pakistan da hər zaman nümayiş etdirib. Bütün Azərbaycan xalqı çox yaxşı bilir ki, Pakistan hər zaman Azərbaycanın yanında olan ölkələrdən biri olub. Cənab Prezidentin qeyd etdiyi kimi, İkinci Qarabağ müharibəsi – Vətən müharibəsi zamanı siyasi dəstək və Azərbaycanın haqlı mövqeyini dəstəkləyən Pakistanın yüksəkrütbəli rəsmilərinin birmənalı bəyanatları xalqımıza, dövlətimizə əlavə güc-qüvvət verdi və qədirbilən Azərbaycan xalqı bu qardaşlıq nümunəsini heç zaman unutmur. Pakistan Azərbaycan torpaqlarını işğal etdiyinə görə Ermənsitanla diplomatik əlaqələr qurmayan azsaylı dövlətlərdən biri idi və bu, həm də Pakistanın beynəlxalq hüququn norma və prinsiplərinə sədaqəti kimi dəyərləndirilməlidir”.Millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyevin Pakistana dövlət səfəri zamanı ölkəmizin liderinə göstərilən münasibət, mətbuata birgə bəyanat zamanı ifadə olunan səmimi duyğular hər bir Azərbaycan vətəndaşını qürurlandırdı: “Pakistan xalqının, dövlətinin dövlətimizin başçısına, xalqımıza, dövlətimizə münasibətdə sərgilədiyi sonsuz qardaşlıq sevgisi, iki ölkə arasındakı əlaqələrin möhkəm təməllər üzərində qurulduğunun, dərin etimada söykəndiyinin sübutudur. Əminəm ki, Prezident İlham Əliyevin dövlət səfəri Azərbaycan-Pakistan münasibətlərinin daha yüksək bir mərhələyə yüksəlməsinə zəmin yaradacaq, iki qardaş dövlət arasındakı əlaqələr sürətlə inkişaf edəcəkdir”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Əsgərimiz həlak oldu
15/09/2024 - 10:51
İlqar Məmmədov istefa verdi
12/09/2024 - 06:33