Partiya sədri milyonları qaçırarkən tutuldu - TƏFƏRRÜAT
03/06/2024 - 17:11
Türkiyədə vəzifəsindən uzaqlaşdırılan Hakkari bələdiyyə başçısı Mehmet Sıddık Akışın külli miqdarda pulla xaricə qaçmağa hazırlaşarkən yaxalandığı məlum olub.
Publika.az xəbər verir ki, bu barədə türk jurnalist-yazar Zəfər Şahin sosial media hesabından açıqlama verib.
Cəzalandırılacağı təxmin edilən Akışın Hakkaridən Vana, oradan da xaricə qaçmağa hazırlaşdığı məlum olub.
Polis tərəfindən bələdiyyə binasında axtarışlar başlayıb. O da qeyd olunur ki, valilik şəhərdə yürüş və nümayişlərin 10 gün müddətinə qadağan edilməsinə qərar verib.