Paşinyan Azərbaycanla sülh müqaviləsi imzalamaqdan qorxur-yeni ərazi iddiaları ola bilər
10/01/2023 - 15:27
Paşinyan sülh sazişi imzalamazdan əvvəl Ermənistan və Azərbaycanla bağlı qorxularını dilə gətirib. O bugünki mətbuat konfransında qeyd edib ki, əsas məsələ tərəflərin ərazi bütövlüyü dedikdə nəyi nəzərdə tutmasıdır.Qafqaz.media bu barədə "news.am" saytına istinadla bildirir. "Problem ondadır ki, biz şübhələnirik ki, Azərbaycan bizimlə sərhədlərin dəqiqləşməyəcəyi ərazi bütövlüyünün tanınması ilə bağlı müddəa imzalamağa çalışır. Bundan sonra demarkasiya-delimitasiya prosesində Azərbaycan yeni ərazilərə iddialar irəli sürməyə başlayacaq. Məsələn, Sünik və başqa ərazilər Ermənistanın tərkibinə daxil deyil kimi. Azərbaycan da öz növbəsində “Ermənistanın 29,8 min kvadrat kilometri əhatə edən əraziyə aid sənəd imzalayacağndan və Azərbaycan dövlətçiliyinin parçalanması prosesinə başlayacağından” qorxur”, deyə o fikirni ifadə edib. "Yəni qorxularımız güzgü effekti ilə qarşılıqlıdır. Niyə? Etibar yoxdur, çünki tərəflər düşünür ki, qarşı tərəf digərinin dövlətçiliyi və suverenliyi bahasına sülh istəyir", deyə Paşinyan təşvişini etiraf edib.