Paşinyan-Pezeşkian görüşü - VİDEO

30/07/2024 - 12:27

Ermənistanın baş naziri Nikol Paşinyanla İran prezidenti Məsud Pezeşkian arasında görüş olub. Modern.az xəbər verir ki, Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti görüntülər yayıb. Erməni baş nazir İranla münasibətləri dərinləşdirmək arzusunda olduğunu bildirib və qeyd edib ki, İranla çoxtərəfli əməkdaşlıq Ermənistan üçün son dərəcə vacibdir: "Və bu münasibətlər qarşılıqlı hörmətə əsaslanır". İran prezidenti öz növbəsində qeyd edib ki, "çoxəsrlik dostluq qarşılıqlı fəaliyyət üçün möhkəm təməldir". Regiondakı vəziyyətə toxunan Pezeşkian təhlükəsizlik və sabitliyin Tehran üçün əsas əhəmiyyət kəsb etdiyini vurğulayıb. O, bütün mövcud problemləri dialoq yolu ilə həll etməyə çağırıb.

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Rusiyada güclü ZƏLZƏLƏ
21/09/2024 - 20:10