Pentaqon ABŞ və Yaponiya üçün doqquz təyyarə istehsalı ilə bağlı müqavilə imzalayıb
20/07/2024 - 07:25
Pentaqon ABŞ və Yaponiya donanmaları üçün doqquz “E-2D Hawkeye” taktiki radar aşkarlayan təyyarənin istehsalı üçün 1,4 milyard dollar dəyərində müqavilə imzalayıb. APA xəbər verir ki, bu barədə məlumat Pentaqonun saytında yer alıb. Qeyd olunur ki, müqavilənin 2029-cu ilin martında başa çatdırılması gözlənilir.