Pezeşkian sabah and içəcək
27/07/2024 - 12:43
İranın yeni seçilən Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimi iyulun 28-də səhər saat 10-da keçiriləcək.
Publika.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Bildirilib ki, andiçmə mərasimində İranın ali rəhbəri Əli Xamenei, dövlət məmurları, hərbçilər, universitet rektorları, xarici ölkələrin səfirləri də iştirak edəcəklər.
Mərasim İran televiziyaları ilə birbaşa yayımlanacaq.
Qeyd edək ki, bir müddət əvvəl andiçmə mərasiminin iyulun 30-da keçiriləcəyinə dair məlumat yayılmışdı