Polkovnik həbs olundu - Yenilənib

30/09/2024 - 11:27

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa şəhər Şöbəsinin sabiq rəisi polkovnik Seymur Qurbanov saxlanılıb. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, S.Qurbanov korrupsiya cinayətlərində və dələduzluqda şübhəli bilinir. Hazırda polkovnikin prokurorluqda ifadəsi alınır. Xatırladaq ki, ötən gün Xidmətin Daşkəsən rayon şöbəsinin rəisi mayor Anar Əsgərov da həbs olunub.

***

İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror təqsirləndirilən polkovnikin həbsini tələb edib. Bakı Hərbi Məhkəməsi Hərbi Prokurorluğun təqdimatını əsaslı hesab edib. Qərara əsasən Seymur Qurbanov barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Azərbaycana 13 sm qar yağdı
27/11/2024 - 10:42
Sabah Bakıya leysan yağacaq
26/11/2024 - 12:56
Sağlamlığın tək ünvanı
26/11/2024 - 12:10