Polkovnik-leytenant həbs edildi

30/08/2024 - 19:20

Azərbaycan Ordusunun ehtiyatda olan polkovnik-leytenantı həbs edilib. “Qafqazinfo” xəbər verir ki, bu barədə Hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Firad Əliyev məlumat verib. Məlumatda deyilir ki, Hərbi Prokurorluğun İstintaq İdarəsində istintaq olunan cinayət işi üzrə müvafiq əməlləri törətməsinə əsaslı şübhələr olan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin yanacaq xidmətinin sabiq rəisi, Məmmədli Rüstəm Ağali oğluna Cinayət Məcəlləsinin 32.3, 179.3.2 (külli miqdarda mənimsəmədə iştirakçılıq), 341.2.3-cü (bir qrup şəxs tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və ya vəzifə səlahiyyətlərini aşma-bir qrup şəxs tərəfindən ağır nəticələrə səbəb olduqda) və digər maddələri ilə ittiham elan edilib. 

 

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Uşaqlarda inkişaf ləngiməsi
19/11/2024 - 14:20
Pinqvin ilk dəfə Avstraliyada
19/11/2024 - 09:16
Sabah qar yağacaq
18/11/2024 - 14:05
Faktiki hava açıqlanıb
18/11/2024 - 10:03
Xoşbulağa qar yağdı - Video
17/11/2024 - 15:03