Bakıda dənizdən qadın meyiti tapıldı - ŞƏXSİYYƏTİ MÜƏYYƏN EDİLDİ

01/12/2023 - 09:52

Bakıda dənizdən qadın meyiti aşkarlanıb.

Qafqaz.media xəbər verir ki, Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisində, Xəzər dənizi sahilində meyiti aşkar edilib. Araşdırmalarla meyitin Haxverdiyeva Sahilə Abdurahman qızına məxsus olduğu məlum olub.

Faktla bağlı araşdırma aparılır.