Polşa Belarusla sərhəddəki bufer zonasını geri qaytarır

02/06/2024 - 23:58

Polşa tərəfi iyunun 4-dən Polşa-Belarus sərhədindəki bufer zonasını geri qaytarır.

APA xəbər verir ki, bu barədə Polşanın milli müdafiə naziri Vladislav Kosiniyak-Kamış jurnalistlərə açıqlamasında bildirib.

    “İyunun 4-dən Belarusla sərhəddə bufer zonası bərpa olunacaq. O, Qaynovski və Belastok rayonlarını əhatə edəcək”, - nazir vurğulayıb.

    Bildirilir ki, bufer zonasının yaradılması qərarı qeyri-qanuni miqrantlardan birinin sərhədi keçmək istəyərkən Polşa əsgərini bıçaqlamasından sonra verilib.

    BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

    Rusiyada güclü ZƏLZƏLƏ
    21/09/2024 - 20:10