Polşa XİN: Seçkilərinin nəticələri Gürcüstanı Aİ və NATO-dan uzaqlaşdırır

28/10/2024 - 06:05

Polşa Xarici İşlər Nazirliyi bəyan edib ki, oktyabrın 26-da Gürcüstanda keçirilən parlament seçkilərinin gedişatı və nəticələri onun Aİ və NATO-ya üzv olmaq perspektivlərini ləngidir. APA xəbər verir ki, bu barədə məlumat qurumun rəsmi saytında yer alıb.  “Polşa Respublikasının Xarici İşlər Nazirliyi Gürcüstanda 26 oktyabr 2024-cü ildə keçirilmiş parlament seçkilərinin gedişindən dərin narahatlığını ifadə edir”, - məlumatda deyilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ