Polşada kuryer xidmətləri ilə bomba göndərən təxribatçılar saxlanılıb

26/10/2024 - 07:27

Polşanın xüsusi xidmət orqanları Aİ ölkələrində fəaliyyət göstərən diversiya qrupunun dörd üzvünü saxlayıb, onlar kuryer xidmətləri tərəfindən partlayıcı maddələrin göndərilməsində şübhəli bilinirlər. “Report”un xəbərinə görə, bu barədə Polşanın Milli Prokurorluğu məlumat yayıb. "İstintaq zamanı aşkarlanmış beynəlxalq xarakterli diversiya-partlayıcı qrupun fəaliyyətində iştirak edən dörd nəfər saxlanılıb, onlar sonra müvəqqəti olaraq həbs edilib, Cinayət Məcəlləsinin 130-cu maddəsinin 7-ci və 8-ci bəndləri (təxribat, terror aktlarının törədilməsi, hazırlanması-red.) üzrə ittiham irəli sürülüb", - məlumatda deyilir. İstintaq Respublika Prokurorluğu tərəfindən Daxili Təhlükəsizlik Agentliyi (Polşanın xüsusi xidmət orqanı-red) ilə birlikdə avqust ayından etibarən aparılır. İstintaqın məlumatına görə, qrup kuryer şirkətləri vasitəsilə Aİ ölkələrinə və Böyük Britaniyaya torpaq və hava nəqliyyatı zamanı öz-özünə alovlanan və ya partlayan partlayıcı maddələr, təhlükəli materiallar olan bağlamalar göndərməklə məşğul olub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ