Putin hərbi strukturların rəhbərləri ilə müşavirə keçirib

12/06/2024 - 12:14

İyunun 11-də Rusiya Prezidenti Vladimir Putin müdafiə naziri, Baş Qərargah rəisi, eləcə də hərbi dairələrin komandanları ilə müşavirə keçirib.

APA-nın TASS-a istinadən xəbərinə görə, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov açıqlama verib.

    O bildirib ki, hərbi strukturların rəhbərləri Rusiya liderinə Ukraynada keçirilən xüsusi hərbi əməliyyat və onun davam etdirilməsi istiqamətindəki planlar barədə məlumat veriblər.

    BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

    Rusiyada güclü ZƏLZƏLƏ
    21/09/2024 - 20:10