“Putin öz varisini hakimiyyətə gətirəcək və təqaüdə yollanacaq” – Kimi varis seçəcək?

13/01/2023 - 20:32

“Putin Muəmmər Qəddafi kimi devrilərək, alçaldıcı tale yaşamaqdansa, hakimiyyəti öz varisinə verərək, Qara dəniz sahilində yerləşən və 1 milyard funt-sterlinq dəyəri olan sarayında həyatını davam etdirəcək”.

“AzPolitika.info” xarici KİV-ə istinadla xəbər verir ki, bunu Putinin keçmiş referentlərindən Abbas Qalyamov Ukrayna mətbuatına açıqlamasında deyib.

Qalyamov bildirib ki, Putin seçkiləri saxtalaşdırmağa çalışsa da, bu müsbət nəticə verməyəcək: “O, çox güman ki, Moskva meri Sergey Sobyanı, Baş nazir Mixail Mişustini və ya Aparat rəhbərinin müavini Dmitri Kozakı prezidentliyə namizəd göstərəcək. Hər halda Qəddafi ilə müqayisədə bu, Putin üçün yaxşı seçimdir”.

“Putin şəxsi təhlükəsizliyinə zəmanət alacaq. Öz varisini hakimiyyətə gətirəcək və təqaüdə yollanacaq. O, ömrünün qalan günlərini Gelencikdəki sarayında sakit başa vurmaq imkanı əldə edəcək”, - Qalyamov bildirib.