Qaluzin: “Ermənistan XİN və MN vasitəsilə Rusiya ilə təmaslardan yayınmağa başlayıb”

05/06/2024 - 08:09

İrəvan Moskva ilə Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyi vasitəsilə təmaslara maraq göstərmir.

APA “TASS”a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinin bildirib.

    Onu sözlərinə görə, bu, Qərbin Ermənistana göstərdiyi təzyiqlərin nəticəsidir.

    “2023-cü ilin noyabrından bəri xarici işlər nazirlərinin bir dənə də görüşü olmayıb”, - Qaluzin vurğulayıb.

    XİN başçısının müavini əlavə edib ki, iki ölkənin müdafiə idarələri arasında təmasların dinamikası da azalıb, hərbi-texniki əməkdaşlıq zəifləyib.

    BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ