"Qarabağda "Bayraktar"a "şeytan" deyənlər indi onu Ukraynanın "xilaskar mələyi" adlandırırlar" - SƏFİR

13/12/2022 - 12:58

"Bayraktar" pilotsuz uçuş aparatları (PUA) Qarabağ müharibəsində tətbiq olunanda bəzi qüvvələr ona "şeytan" deyirdilər. Ancaq indi həmin qüvvələr "Bayraktar"ı Ukraynanın "xilaskar mələyi" adlandırırlar. Təbii ki, bu cür fikirlər ikili standartların təzahürüdür".

Bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Azərbaycan Dövlət İqtisad Universitetində tələbələrlə görüşdə deyib.O söyləyib ki, ümummilli lider Heydər Əliyevin Qarabağla bağlı vəsiyyəti yerinə yetirilib: "Türkiyə və Azərbaycanın regional və beynəlxalq müstəvidəki rolu artmaqdadır. Bunun əsasında isə möhkəm əlaqələrin olması dayanır. Türkmənistan qazının Azərbaycan vasitəsilə Avropaya çatdırılması gündəmin əsas məsələsidir. Sabah bu məsələ ilə bağlı Aşqabadda görüş olacaq".

Səfir həmçinin bildirib ki, ortaq türk əlifbasının yaradılması da müzakirə olunan məsələlərdəndir./report

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Əsgərimiz həlak oldu
15/09/2024 - 10:51
İlqar Məmmədov istefa verdi
12/09/2024 - 06:33