Qaxda maşın sexində baş verən yanğın söndürülüb - FOTO - YENİLƏNİB

21/05/2024 - 03:10

Qaxda avtomobil təmiri sexində baş verən yanğın söndürülüb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, yanğın nəticəsində sexin bir boksunun yanar konstruksiyaları tam, digər bir boksunun konstruksiyaları qismən yanıb.

    Təmirə gətirilmiş bir avtomobil və yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub.

    Yanğın zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.

    ***
    23:16

    Qax rayonunda maşın təmiri sexlərində yanğın baş verib.

    APA-nın Şimal-qərb bürosunun məlumatına görə, saat 23 radələrində Qax şəhəri Natəvan küçəsində fəaliyyət göstərən maşın təmiri sexlərində yanğın başlayıb.

    Yanğının söndürülməsi üçün əraziyə FHN-nin Qax Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib.

    Hazırda yanğının məhdudlaşdırılması istiqamətində iş gedir.

     

    Qaxda maşın sexində baş verən yanğın söndürülüb - FOTO - YENİLƏNİB

    BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ