Əqrəb sancmasından ölən müəllimin - Fotoları

08/10/2024 - 13:36

Xəbər verdiyimiz kimi, Göygöldə 49 yaşlı müəllim əqrəb sancması nəticəsində zəhərlənərək vəfat edib. Belə ki, Göygöl rayon Aşıqlı kənd sakini, 1975-ci il təvəllüdlü Adil Məmmədovu sentyabrın əvvəllərində həyətyanı sahəsində işləyərkən əqrəb sancıb. İki gün sonra halı pisləşən şəxs xəstəxanaya aparılıb. Müalicəsi bir ay davam etdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. A.Məmmədov Göygöl rayon Toğanalı kənd orta məktəbində “Gənclərin hərbi hazırlığı” fənnindən dərs deyirmiş. “Qafqazinfo” faciəvi şəkildə dünyasını dəyişən Adil Məmmədovun fotolarını təqdim edir:

 



BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Salyanda ev yanıb
11/11/2024 - 16:39
Pensiya alanlara xəbər var
11/11/2024 - 16:37