Qusarda güllələnmiş kişi meyiti tapılıb - YENİLƏNİB

20/08/2024 - 12:03

Qusarda ötən gün meyiti tapılan 1981-ci il təvəllüdlü Əhmədov Ramiq Radik oğlu əvvəllər Fövqəladə Hallar Nazirliyində (FHN) çalışıb. APA xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətindən bildirilib. Məlumata görə, o, öz arzusu əsasında vəzifəsindən azad olunub.

 

***

19 avqust, 21.56

Qusar rayonu ərazisində üzərində güllə yaraları olan kişi meyiti tapılıb. APA-nın Şimal bürosu xəbər verir ki, meyiti aşkarlanan şəxsin 43 yaşlı R.Əhmədov olduğu müəyyənləşib. Onun odlu silahdan açılan atəşlə öldürüldüyü bildirilir. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Hazırda fakt araşdırılır.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ