“Qəzzadakı müharibənin şiddətli mərhələsi bitmək üzrədir” - Netanyahu
İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza zolağında müharibənin intensiv hücum mərhələsinin sona çatmaq üzrə olduğunu və ordunun diqqətini Livanla sərhəddə yönəldə biləcəyini bildirib.
“AzPoliika” xəbər verir ki, HƏMAS-a qarşı intensiv hücumların tezliklə sona çatacağını ifadə edən Netanyahu qeyd edib ki, “Bu, müharibənin yox, müharibənin gərgin mərhələsinin bitdiyi anlamına gəlir”.
Bu mərhələ başa çatdıqdan sonra müdafiə məqsədi ilə Livanla şimal sərhədinə qoşun yeridəcəyini bildirən Netanyahu, müharibənin sona çatması üçün razılaşmanın olub-olmayacağı ilə bağlı bunları deyib: “Xeyr. Mən müharibəni bitirməyə hazır deyiləm. Mən qismən razılığa gəlməyə hazıram, bu, sirr deyil. Bu zaman bəzi girovları geri qaytara biləcəyik. HƏMAS- ı məhv etmək məqsədimizi tamamlamaq üçün müəyyən fasilədən sonra döyüşə davam etməliyik.
“AzPolitika.info”