“Reuters”: İran körfəz ölkələrini müharibə ilə hədələyib

11/10/2024 - 07:33

İran Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ-ni İrana qarşı cavab tədbirlərində İsrailə kömək edəcəyi təqdirdə müharibə ilə hədələyib. APA xəbər verir ki, bu barədə “Reuters“ mənbələrə istinadən məlumat yayıb. Körfəz ölkələrinin ABŞ-ı xəbərdar etdikdən sonra İsrailin hava məkanlarından istifadə etməsinə icazə vermədiyi iddia olunur. Bu həftə keçirilən görüşlərdə İran rəsmiləri Səudiyyə Ərəbistanına xəbərdarlıq edib ki, əgər İsrailə hücumda kömək edərsə, Ər-Riyadın neft obyektlərinin təhlükəsizliyinə zəmanət verə bilməyəcək. “İranlılar dedilər ki, Körfəz ölkələri öz hava məkanlarını İsrailə açsalar, bu, müharibə aktı olacaq”, - deyə səudiyyəli analitik Əli Şihabi bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Hazırda Tbilisi... - Video
25/11/2024 - 10:24
Putin Ərdoğanla danışdı
24/11/2024 - 19:33
Doqquz terrorçu məhv edildi
24/11/2024 - 16:30