Rəşad Məcid “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif edilib

28/03/2024 - 22:17

Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid Azərbaycan Prezidenti İlham Əliyevin 2024-cü il 2 fevral tarixli 4289 nömrəli Sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif edilib. Yubiley medalı bugün, martın 28-də Media Agentliyində təltif edilən həmkarlarıyla birlikdə Rəşad Məcidə də təqdim olundu.
Rəşad Məcid Cənab Prezidentə bu sanballı təltifə görə təşəkkürünü  bildirib və bu sözləri deyib. 
"Ümummilli Liderlə görüşmək, təmasda olmaq, onun qarşısında çıxış etmək və sual ünvanlamaq tarixi şanslar idi. Xoşbəxtəm ki, belə şanslar mənim də bəxtimə düşüb".

P.S. Biz də öz növbəmizdə Qafqaz.Media xəbər agentliyinin rəhbərliyi və kollektivi adından dəyərli ziyalımızı səmimi qəlbdən təbrik edirik.

Fuad BİLƏSUVARLI

Qafqaz.Media