Rəşad Nəbiyev: Avropa İttifaqının nümayəndəsi ilə Orta Dəhlizlə bağlı əməkdaşlıq müzakirə edilib
15/04/2024 - 18:20
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Azərbaycanda səfərdə olan Avropa İttifaqının Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Teri Hakala ilə görüşüb.
"APA-Economics"in xəbərinə görə, nazir bununla bağlı özünün "X" sosial şəbəkəsindəki paylaşım edib.
"Nəqliyyat, o cümlədən aviasiya sahəsində və Orta Dəhliz istiqamətində əməkdaşlığın inkişafını müzakirə etdik", - deyə o qeyd edib.