“Rusiya artıq Xarkovu ala bilməyəcək” – Zelenski Rusiya ordusunun əsas hədəfini açıqladı

01/08/2024 - 14:32

Ukrayna Prezidenti Volodimir Zelenski hesab ki, ruslar yayın əvvəlində Xarkovda uğursuzluğa düçar olandan sonra əsas hücum istiqamətini dəyişiblər. İndi Rusiya ordusunun əsas hədəfi Donetsk vilayətindəki Pokrovsk şəhəridir. “AzPolitika” xəbər verir ki, Zelenski bunu fransız jurnalistlərə müsahibəsində deyib. Ukrayna Prezidenti qeyd edib ki, Rusiya artıq Xarkovu işğal edə bilməyəcəyini anlayıb: “Bütünlükdə şərqdə çətindir. Xarkovu ala bilmədikdən sonra və biz başa düşürük ki, artıq ala bilməyəcəklər, onlar əsas hədəfi dəyişiblər. Onların başlıca məqsədi ümumilikdə şərq deyil, baxmayaraq ki, Slavyanskı da istisna etmək olmaz. Amma deyərdim ki, bu gün üçün onların əsas prioritet məqsədi Pokrovskdur. Təbii ki, orada Konstantinovka var, təbii ki, onlar Toretski də hədəfə alırlar, əlbəttə ki, istəyirlər və Slavyanskla bağlı da planları var. Amma bütün bunlar planlardır. Bu gün onlar ən çox şəxsi heyəti, silah və “KAB”-ları, sahib olduqları hər şeyi Pokrovsk istiqamətində cəmləşdirirlər”.

Qeyd edək ki, hazırda Rusiya qoşunları Donetsk vilayətinin Pokrovsk şəhərindən təxminən 30 kilometr məsafədədir. Şəhər böyük olmasa da, əhəmiyyətli nəqliyyat qovşağında yerləşir.

“AzPolitika.info”

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ