"Rusiya-NATO toqquşması nəticəsində yalnız uduzanlar olacaq” - ALMANİYA KANSLERİ

08/12/2022 - 12:08

“Rusiyanın Ukraynaya qarşı apardığı müharibədə nüvə silahından istifadə riski azalıb”.

Bunu Almaniya kansleri Olaf Şolts “Funke” nəşrinə müsahibəsində deyib.

O bildirib ki, bu, beynəlxalq ictimaiyyətin təcavüzkar dövlətə təzyiqinin nəticəsidir: “Beynəlxalq ictimaiyyətin “qırmızı xətti”nə cavab olaraq Rusiya nüvə silahı ilə bağlı hədələrini dayandırıb”.

O.Şolts həmçinin Rusiyanın savaşı dayandırmağının vacibliyini vurğulayıb.

Kanslerin sözlərinə görə, Almaniya ABŞ-dan sonra Ukraynaya ən çox dəstək verən dövlətdir: “Biz Rusiya ilə NATO arasında birbaşa müharibənin qarşısını almaq üçün mümkün olan hər şeyi edirik. Rusiya-NATO toqquşması nəticəsində yalnız uduzanlar olacaq”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Əsgərimiz həlak oldu
15/09/2024 - 10:51
İlqar Məmmədov istefa verdi
12/09/2024 - 06:33