Rusiya və Ukrayna arasında əsir mübadiləsi aparılıb

19/10/2024 - 00:12

Rusiya və Ukrayna 95-95 formatında əsir mübadiləsi aparıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.  “Oktyabrın 18-i danışıqlar prosesi nəticəsində 95 rusiyalı hərbçi Kiyev rejiminin nəzarətində olan ərazilərdən geri qaytarılıb”, - nazirliyin məlumatında bildirilib. Qeyd olunub ki, azadlığa çıxan bütün rusiyalı məhbuslar Belarusdadırlar, onlara lazımi tibbi yardım göstərilir, həmçinin qohumları ilə əlaqə saxlamaq imkanı verilir. Daha sonra müalicə və reabilitasiya üçün Rusiyaya aparılacaqlar.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Doqquz terrorçu məhv edildi
24/11/2024 - 16:30