Rusiyada döyüş başlıqları və pilotsuz uçuş aparatları bitir... - Moskva İran və KXDR-dən raket istəyir

17/01/2023 - 08:35

Kreml öz döyüş başlıqları və pilotsuz uçuş aparatlarının çatışmazlığı ilə üzləşdiyi üçün İran və Şimali Koreyadan raketlər istəməyə davam edir.

Bunu ABŞ-ın müdafiə nazirinin siyasi məsələlər üzrə müavini Kolin Kal deyib.

Bu baxımdan ABŞ Moskvanın Tehran və Pxenyanla münasibətlərinin dərinləşməsini gözləyir.

"Açıq desək, bu, Rusiyanın çarəsizliyinə işarədir ki, onlar İran və Şimali Koreyaya üz tuturlar. Aviasiyaya gəlincə, hesab edirəm ki, biz İran və Rusiya Federasiyasının münasibətlərini dərinləşdirməsini gözləməliyik. Çünki Rusiya çatışmayan silahları əldə etmək üçün getdikcə daha çox başqa ölkələrin köməyinə arxalanacaq”, - Pentaqon təmsilçisi bildirib.

Öz növbəsində, ABŞ dövlət katibinin müavini Vendi Şerman deyib ki, Birləşmiş Ştatlar Rusiya-İran münasibətlərindən narahatdır. Vaşinqton rəsmi Kremlin özünün raket istehsalı ilə bağlı gördüyü hər şeyi izləyəcək və sanksiyalar tətbiq edəcək.